28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanın hədəsi narahatlıq yaratdı - ABŞ-dan reaksiya

17.12.2019

Pentaqon rəhbəri Mark Esper İncirlikdəki ABŞ bazasının bağlana biləcəyi barədə məlumata qəzetlərdə rast gəlib və Ankaranın bu məsələdə nə qədər ciddi olduğunu öyrənmək üçün türkiyəli həmkarı ilə müzakirə aparmaq istəyir.
Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Esper "ABŞ nüvə silahının bazadan çıxarılmasının vacib olduğunu hesab edirmi” sualına cavab verməkdən boyun qaçırıb:
"Mən ABŞ-ın nüvə silahının harada yerləşə biləcəyi barədə şərh vermirəm”.
Kürəcikdəki bazanın bağlanma ehtimalı haqda da fikir bildirən Esper bu məsələni NATO müttəfiqlərinin Ankara ilə müzakirə etməli olduğunu deyib:
"Türkiyə suveren ölkədir, ona görə də NATO bazasının və ya xarici qoşunun yerləşdirilib-yerləşdirilməməsi onların hüququdur”.