27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Nəsimi” baletinin premyerası keçirilib - Türkiyədə

16.12.2019

Samsun şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nəsimi” baletinin premyerası olub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, layihə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə türk dünyasında "Nəsimi ili” elan edilməsi münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.
Nəsimi rolunda Samsun Opera və Balet Teatrının sənətçiləri - Orçun Ünal, Cem Şenoğlu və Həsən Özvar (gənclik yaşında), şairin həyat yoldaşını Busə Cengiz, qızını İdil Şengül, Misir Sultanı obrazını Süleyman Taşçıoğlu oynayıblar. Digər obrazlarda da teatrın tanınmış aktyorları çıxış ediblər.
"Nəsimi” baletinin teatr mövsümü ərzində səhnələşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il ölkədə "Nəsimi ili” elan olunub.