27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir ailənin 8 üzvü zəhərlənib - YENİLƏNDİ

16.12.2019

Səhiyyə Nazirliyi Qusarda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

**

Dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin səkkiz üzvü qida zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qələcuq kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, doqquz yaşlı Lalə, səkkiz yaşlı Məhəmmədəli, yeddi yaşlı Mədinə, beş yaşlı Seyidəli, bir yaşlı Şəfa evdə yedikləri göy qutabından zəhərləniblər.
Xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirib ki, zəhərlənənlərin həyatı üçün heç bir təhlükə yoxdur və onlar bu gün səhər saatlarında evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.