27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

6.8 maqnituda gücündə ZƏLZƏLƏ

16.12.2019

Filippinin Mindanao adasında 6.8 maqnituda gücündə zəlzələ baş verib.
Anadolu agentliyi xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində Mindanao şəhərində qismən uçan evdə dağıntılar altında qalan azyaşlı qız ölüb. Şəhər meri Vinsent Fernandes bildirib ki, zəlzələ şəhərə ciddi ziyan vurub, iki körpü zədələnib, yerli administrasiyanın binasının yarısı dağılıb.
Qeyd edək ki, cari ilin oktyabrında Filippinin Mindanao adasında baş verən 6.6 və 6.5 maqnituda gücündə zəlzələlər nəticəsində 23 nəfər ölmüş, 417 nəfər yaralanmışdır.