09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: “Azərbaycan lideri ilə danışıqlara hazıram, amma...”

08.05.2018

Ermənistan parlamentində bu dəqiqələrdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi müzakirə olunur. 
"Dövran Media" xəbər verir ki, deputatlar ona müxtəlif mövzularla bağlı suallar ünvanlayırlar. Qarabağ məsələsinə dair suallara cavab verən Paşinyan deyib ki, danışıqları davam etdirməyə hazırdır, amma Dağlıq Qarabağ danışıqlar masasına qayıtmadan müzakirələr effektiv olmayacaq.
"Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Lakin qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ rəhbərliyi iştirak etmədikdə danışıqlar effektiv hesab edilə bilməz, bu danışıqlara vasitəçilik edən Minsk Qrupunun sənədlərində də əksini tapıb”-Nikol Paşinyan deyib.
Onun fikrincə Qarabağ məsələsində Ermənistan əsasən orduya ciddi fikir verməlidir.