03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa Rusiyadan xahiş etdi: Generalın qalıqlarını qaytar

15.12.2019

Fransa Rusiyadan Smolenksdə aşkar olunan Napoleonun yaxın silahdaşı general Güdenin qalıqlarının təhvil verilməsini xahiş edib.
Bu barədə Fransanın "Point” nəşri məlumat yayıb.
Qalıqlar bu yay Smolensk şəhərinin Lopatinsk bağında Kral qalasında qazıntılar zamanı aşkar edilib.
Daha əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın qalıqları istəyəcəyi təqdirdə Rusiyanın onu təhvil verməyə hazrı olduğunu bildirmişdi.
Qeyd edək ki, Parisin Əlillər evində generalın təntənəli anım mərasimi təşkil olunacaq və Rusiya prezidentinin bu mərasimdə iştirak edəcəyi gözlənilir. Mərasimin sonunda generalın qalıqları torpağa tapşırılacaq.
Sezar Şarl-Etyen Güden (1768-1812) 1812-ci il kampaniyası zamanı fransız ordusunun 3-cü divizionunun 1-ci korpusuna rəhbərlik edib. Döyüş zamanı mərmi onun hər iki ayağını qoparıb və o həlak olub.