09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Birgə Bəyanat qəbul edildi

08.05.2018

Bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Birgə Bəyanat və tövsiyələr müzakirə olunub.
"Dövran Media"nın məlumatına görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, suriyalı erməni qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilir.
C. Feyziyev Birgə Bəyanata suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməməyə çağırmaq barədə düzəliş və əlavə olmasını təklif edib. Əlavə səsə qoyulub. Lakin bu düzəliş qəbul edilməyib. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təklifi ilə münaqişə zonasında silahlara nəzarət barədə müddəa da qəbul olunmayıb.
C. Feyziyev bildirib ki, sülh danışıqları nəticə verməzsə, Azərbaycanın hərbi yolla torpaqları azad edəcək. Birgə Bəyanatda əməkdaşlıqla bağlı müddəalar qəbul edilib. Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ümumi Bəyanatı səsə qoyulub və qəbul edilib.