09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda seçkilər başladı -CANLI

08.05.2018

Ermənistan parlamentində baş nazir seçkilərinin ikinci turu başlayıb.
"Dövran Media" xatırladır ki, müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.
*   *   *
Bu gün Ermənistanda baş nazir seçkilərinin ikinci turu keçiriləcək.
Dövran Media" bildirir ki, saat 12:00-da parlamentdə yeni baş nazirin seçilməsi prosesinə başlanılacaq. Müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.
O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib və tərəfdarlarını saat 11:00-da meydana toplaşmağa çağırıb.
Paşinyan 95 faiz baş nazir seçiləcəyinə inanır. Hərəkat liderinin sözlərinə görə, "Daşnaksyutun”, "Yelk”, "Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək.