05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: Sülh üçün silahlanırıq

13.12.2019

Ermənistan regiondakı bir neçə ölkənin aqressiv istəklərinin qarşısını almaq üçün silah alır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Ermənistan və Qarabağın təhlükəsizliyinin bir nömrəli qarantı ordudur. Son 1,5 ildə orduda böyük dəyişikliklər olur. Bu zaman ərzində son illərdə misli görünməmiş miqdarda silah əldə edilib. Bu silah İrəvana müharibə üçün yox, sülh üçün lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, Paşinyanın xarakterinə uyğun olaraq vaxtaşırı verdiyi bu bəyanatda heç bir detal açıqlanmır. Hansı silahların alındığı və ya nə qədər pul xərcləndiyi də bildirilmir.
Əvəzində isə Ermənistan ordusunda hərbi qulluqçuların vaxtlı-vaxtında əmək haqqı almadığı və buna görə ciddi narazılıqlar yaşandığı haqda məlumat yayılır.