05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikolun səfər firildağı

13.12.2019

Ermənistanda ötən gün hökumətin iclası keçirilib. İclasdan sonra erməni iqtisadçıları və ekspertləri maraqlandıqları bir çox suallara cavab tapıb. Amma qaranlıq qalan bir məqamdan başqa.
Söhbət Ermənistanın dövlət büdcəsindən çıxan 2 000 000 dolların hara xərcləndiyindən gedir.
Maraqlısı odur ki, bu pullar sənədlərə əsasən Baş nazirin 2019-cu il ərzində dövlət səviyyəlı səfərləri üçün nəzərdə tutulub. Səfərlər üçün əvvəlcə 800 min dollar, bir neçə ay sonra 1 milyon 200 min dollar ayrılıb.
Erməni mətbuatı bununla bağlı belə yazır: "Bu çıxarışlar hamısı sənədlərlə təstiq olunur, amma məbləğin "şişirdilməsi” ilə əlaqədan heç bir izah verilmir. Niyə əvvəlcədən təyin olunan məbləg artırılır? Niyə bu, sənədlərdə qeyd olunmur? Nəticədə isə nə az, nə çox - 2 milyon dollar yoxa çıxıb. Bunu ictimayyətdən gizlətməyə çalışırlar”.