29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur mağazalar şəbəkəsi bağlanır – 50 faiz endirim

11.12.2019

"Kitabevim.az” mağazalar şəbəkəsi maliyyə çatışmazlığına görə fəaliyyətini dayandırır.
Xəbər verildiyi kimi, bu barədə "Kitabevim.az” mağazalar şəbəkəsinin icraçı direktoru Emin Sadıqov məlumat verib. O bildirib ki, mağaza dotasiya ilə fəaliyyət göstərib:
"Gəlirimiz az, xərclərimiz isə çox yüksəkdir. "Nizami” metrosunun yaxınlığındakı filial da bağlanır. Bundan əvvəl isə "Əhmədli” metrosunun yaxınlığındakı filialımız bağlanmışdı. Hazırda sonuncu ayın icarə haqqını və əməkdaşların maaşlarını ödəmək üçün "Nizami” filialımızda kitablara 50 faiz endirim etmişik. Endirimlər bu ayın sonuna qədər davam edəcək. Yanvar ayının 1-dən isə mağazamız fəaliyyətini tamamilə dayandıracaq.
Hələ ki, "28 May” metrosunun yaxınlığındakı filialımız fəaliyyətini davam etdirir. Amma bu gedişlə həmin filialımız da bağlanacaq”.
Qeyd edək ki, "Kitabevim.az” mağazalar şəbəkəsi 2013-cü ildən fəaliyyət göstərir.