29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da insident: Polis öldürüldü

11.12.2019

ABŞ-ın Nyu-Cersi ştatı, Cersi-Siti şəhərində baş vermiş silahlı insident zamanı 4 nəfər ölüb.
Bu barədə "NBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölənlər arasında bir nəfər polis əməkdaşı da var. Digər üç nəfər isə cinayətkarların barrikada qurduqları mağazada öldürülən sakinlərdir. Bildirilir ki, polislər cinayətkarlardan azı ikisini zərərsizləşdirib.
Bundan bir qədər əvvəl "The New York Times” qəzeti bildirmişdi ki, iki nəfər naməlum silahlı Cersi-Siti qəbiristanlığında atışma törədiblər, daha sonra onlar hadisə yerinin yaxınlığında olan mağazaya girərək barrikada qurublar. Silahlılardan biri bundan sonra da atəş açmaqda davam edib.
Hadisə yerinə partlayıcı qurğular üzrə xüsusi komanda, təhlükəsizlik qüvvələri və kamera quraşdırılmış robot cəlb olunub. Ərazidə helikopter də dövrə vurur.
İnsident barədə ölkə prezidenti Donald Trampa da məlumat verilib.