29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı həkimə 5,3 milyon avro mükafat verildi

11.12.2019

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.
Report-un məlumatına görə, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon euro) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.
Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya mərkəzinin və İnsan Migren Araşdırmaları mərkəzinin rəhbəridir.