29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN-də kadr dəyişikliyi - General azad edildi

10.12.2019

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib.
Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.
FHN-dən təyinatı təsdiqləyiblər.
FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti - red.) bitirib.
Ailəlidir, iki övladı var.