29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

10.12.2019

""Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb".
Xəbər verildiyi kimi, bunu qatarların təqdimetmə mərasimində QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
Qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.
Qed edilir ki, alınan qatarlar sayəsində İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.