29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki azyaşlıya qarşı zorakılıqla bağlı Ombudsmanın reaksiyası

10.12.2019

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək, Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.
Xəbər verildiyi kimi, qurumdan verilən məlumata görə, müraciətdə zorakılıq ehtimalını, məsələnin ictimai və hüquqi məzmununu nəzərə almaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.