29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"EuroHome”dakı yanğınla bağlı əraziyə helikopter cəlb olundu - FOTO+VİDEO

10.12.2019

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, "112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.