Oğurluq edən səfir geri çağırılır - VİDEO  
    
                          
     
                         09.12.2019
 
    
                        Buenos-Ayresdəki kitab mağazasından kitab oğurluğunda ittiham olunan Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero ölkəsinə geri çağırılacaq.
Bu barədə Meksika XİN rəhbəri Marselo Ebrard Tvitter səhifəsində yazıb.
"Ateneo” kitab mağazasının nəzarət kamerası 76 yaşlı diplomatın Cakomo Kazanovanın bioqrafiyasını qəzetin arasında gizlədərək oğurlamağa cəhd etdiyini qeydə alıb. Mühafizəçilər onu polis bölməsinə aparıblar və şəxsiyyətini müəyyən etdikdən sonra sərbəst buraxıblar. Videoyazının əsl olduğu dəqiqləşsə, səfir dərhal vəzifəsindən azad olunacaq”, - deyə Ebrard bildirib.
Qeyd edək ki, Valeronun mağazadan çıxarmağa çalışdığı kitabın qiyməti 750 Argentina pesosu (21 manat - red.) təşkil edir.