28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Uotford”un baş məşqçisi müəyyənləşib

30.11.-0001

İngiltərənin "Uotford” klubunda yeni baş məşqçi bəlli olub.
Premyer Liqanın autsayderini Naycel Pirson çalışdıracaq.
56 yaşlı ingiltərəli ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, baş məşqçi postunda 85 gün bu vəzifədə qalan ispaniyalı Kike Floresi əvəzləyib.
Qeyd edək ki, karyerası ərzində bir neçə İngiltərə klubuna başçılıq edən N.Pirson 2015-ci ildə "Lester”in Premyer Liqada qalmasında pay sahibidir. Onun rəhbərliyi altında komanda ardıcıl 8 qələbə qazanmaqla xilas olub.