02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

10 polis qətlə yetirildi - Əfqanıstanda

06.12.2019

Əfqanıstanın Kunduz əyalətində Taliban radikal qruplaşmasının döyüşçüləri ilə toqquşmalar nəticəsində azı 10 polis əməkdaşı həlak olub.
Bu məlumatı təhlükəsizlik qüvvələrinə istinadən "Tolo Nyus” telekanalı yayıb.
Toqquşmalar Taliban döyüşçülərinin iki polis nəzarət-buraxılış məntəqəsinə hücumu zamanı baş verib.
"Azı 10 polis əməkdaşı, o cümlədən polis rəisi Mohammad Zahir qətlə yetirilib”, - deyə mənbə qeyd edir.
Məlumata əsasən, qarşıdurma zamanı üç Taliban döyüşçüsü öldürülüb.