03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş nazirdən qərar - məktəblər "həyəcan” düyməsi ilə təmin edilsin

06.12.2019

Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər təsdiqlənib.
Xəbər verildiyi kimi, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla müəyyən olunub ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan” düyməsi ilə təmin edilir.
Maliyyə Nazirliyi dövlət ümumi təhsil müəssisələrinin "həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin edəcək.
Maliyyə Nazirliyi bunu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırmalıdır.