03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Göz yaşları vasitəsilə qanda şəkəri ölçən eynək

06.12.2019

ABŞ və Braziliya alimləri tərəfindən istifadəçinin göz yaşları vasitəsilə qanda şəkərin səviyyəsini ölçə bilən eynək üçün biosensor hazırlanıb.
Xəbər verildiyi kimi, cihazın dünya üzrə şəkərli diabet xəstəliyindən əziyyət çəkən 380 milyon insana kömək edəcəyi gözlənilir.
Belə ki, eynəyə quraşdırılmış yeni biosensor istifadəçinin göz yaşında qlükozanın molekullarını müəyyən etməklə yanaşı, qanda şəkər, vitamin və alkoqolun səviyyəsini də ölçür.
Belə ki, qlükoza oksidi ilə təmas zamanı istifadəçinin göz yaşı elektronların axınını dəyişdirərək siqnal formalaşdırır. Daha sonra isə eynəyin qövsündə quraşdırılmış qurğuda yazılıb emal edilən nəticələr real vaxt çərçivəsində kompüterə və ya smartfona yönləndirilir.