03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus mediası Njde ilə bağlı arxiv sənədləri yaydı - FOTO

05.12.2019

Krasnodar.sm-nyus redaksiyası Qaregin Njdenin məhkəməsinin arxiv sənədlərini və SSRİ dövlət təhlükəsizliyi nazirinin yanında xüsusi müşavirə iclasının gündəliyini yayıb. 
Məlum olub ki, hələ 1920-1921-ci illərdə Ter-Arutunyan (Njde) Zəngəzurda hərbi qüvvələrin baş komandanı olub, Qızıl Orduya qarşı savaşıb, daha sonra xaricə qaçaraq antisovet təbliğatı aparıb.
Xəbər verildiyi kimi, İkinci Dünya müharibəsi zamanı Njde Sovet ordu hissələrinə qarşı dağıdıcı fəaliyyət aparmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə qurub, alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün insanların cəlb edilməsi və təlimi ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış "erməni milli şurasının” üzvü olub.
"Ter-Arutunyan Ermənistanda əks-inqilab hakimiyyətinin üzvü olub və bu hakimiyyətin silahlı qüvvələrinin komandanı olaraq Qızıl Orduya qarşı mübarizəyə rəhbərlik edib. Mühacirətdə olarkən Njde gənc erməni faşist təşkilatına rəhbərlik edib, İkinci Dünya müharibəsi zamanı isə alman kəşfiyyatı ilə əlaqə yaradıb. Həmçinin Ter-Arutunyanın müəllifi olduğu millətçilik məzmunlu antisovet ədəbiyyatı də işə əlavə olunub”, - deyə nəşrin məqaləsində qeyd olunub.
Məhkəmənin nəticələrini təsdiq edən ifadə materialları həmçinin Vaçe Ovsepyanın müəllifi olduğu "Qaregin Njde və DTK: kəşfiyyatçının xatirələri” toplusunda da saxlanılır. Njde demək olar, bütün ittiham bəndləri üzrə təqsirkar olduğunu etiraf edib və 25 il müddətinə həbs cəzasına məhkum olunub.