03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəb direktoru işdən çıxarıldı - ciddi nöqsan...

05.12.2019

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
Xəbər verildiyi kimi, Təhsil Nazirliyindən bildirilibb ki, valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb.
Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatların verilməsi, həmçinin. "Xüsusi hallar barədə” əmrin və "Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəb direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.