03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avtobusların hərəkət sxemi dəyişdirilir

05.12.2019

Bakı Nəqliyyat Agentliyi (BNA) 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirir.
Bu barədə BNA-dan bildirilib.
Məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək. Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.
"Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlər tərəfindən qeyd edilən əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı BNA-nın 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olmaqda idi. Dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək", - məlumatda qeyd olunub.