02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranın Baş Qərargah rəisindən Azərbaycanla bağlı MESAJ

04.12.2019

İranla Azərbaycanın hərbi hava qüvvələri arasındakı əlaqələrin gücləndirilməsini prioritet istiqamətlərdən sayırıq
İran KİV-lərinin xəbərinə görə, bunu İranın Silahlı Qüvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə deyib.
Görüşdə tərəflər əlaqələrin inkişafının müxtəlif aspektlərini, xüsusilə təhlükəsizlik və müdafiə sferasını nəzərdən keçiriblər.
Ş.Mustafayev qeyd edib ki, M.Baqerinin Azərbaycana sonuncu səfəri qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində dönüş nöqtəsidir.
Qeyd edək ki, M.Baqeri 2019-cu ilin yanvarında Azərbaycana səfərə gəlmişdi.
/oxu.az/