03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaşıl soğanın bilmədiyimiz xüsusiyyətləri

04.12.2019

Güc, cəsarət və enerji verdiyinə görə, yaşıl soğanı lap qədim zamanlardan döyüşçülərin qidasına əlavə edirdilər. Onun qoxusu da xəstəlikləri qovmaq xüsusiyyətinə malikdir
Böyük loğman İbn Sina deyirdi: "Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir, tərkibində uçucu birləşmələr olan fitonsidlər nəinki patogen bakteriyaları, hətta göbələyi də zərərsizləşdirir”.
Verilən məlumata görə, soğanın təzadlı xüsusiyyəti var: az yeyiləndə bir neçə saat içərisində ağız qoxusunu aparır, çox yeyiləndə isə xoşagəlməz qoxu yaradır.
Gündəlik qida rasionunda ondan istifadə edənlərdə sellülit, çiban, səpgilər, damarların varikoz genişlənməsi, dəri çatları kimi hallar, demək olar ki, müşahidə olunmur.
Salatların hazırlanmasında geniş istifadə olunan yaşıl soğanın tərkibində olan C vitamini qanda şəkərin miqdarını aşağı salır. Ona görə də diabet xəstələri soğandan çox istifadə etməlidir.
Kökəlmək və çəki artırmaq üçün kərə yağında qızardılmış soğan yemək tövsiyə olunur. Kəskin mədə-bağırsaq yaralarında çiy soğan yemək olmaz, ondan yalnız bişmiş halda istifadə etmək məsləhətdir.