02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AFFA onları cəzalandırdı

04.12.2019

AFFA İntizam Komitəsi Premyer Liqanın XIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Xəbər verildiyi kimi, "Səbail” – "Neftçi” matçında meydan sahiblərinin futbolçusu Eltun Yaqublu ilə qonaqların meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub.
Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir.
Oyun başa çatdıqdan sonra "Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4 min manat cərimələnib. Komandanın italyan baş məşqçisi Roberto Bordin mövsüm ərzində dördüncü sarı vərəqəsini aldığına görə bir oyun cəzalanıb. O, dekabrın 8-də "Sabah”la səfər qarşılaşmasını tribunadan izləməli olacaq.
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub da 1600 manat cərimələnib.
AFFA İntizam Komitəsi həmçinin "Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovu beş oyunluq cəzalandırıb. Buna səbəb 46 yaşlı mütəxəssisin I divizionun XII turunda "Kəpəz”lə oyunun 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlətməsidir. Klub buna görə 400 manat cərimə ödəməli olacaq.
Qurbanova verilmiş beş oyun cəzanın üçü şərti cəza kimi tətbiq ediləcək və üç ay sınaq müddəti veriləcək. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.