02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlamentdə qadınlarla bağlı qərar - geniş...

04.12.2019

Türkiyə Böyük Millət Məclisi qadın işçilərinin geyimləri ilə gündəmə gəlib.
Xəbər verildiyi kimi, TBMM-də çalışan qadınlara uzun jiletlər və geniş şalvarlar geyinmək tapşırılıb.
TBMM İdarəsi qadın işçilərə dar geyindikləri üçün əvvəlcə şifahi xəbərdarlıq edib. Daha sonra qadınlara geniş şalvar, köynək və jiletdən ibarət kostyumlar tikilib. Qadınlar geyimlərin çox bol olduğu üçün əyinlərində dayanmadığından şikayətlənir.
"Xüsusilə, çanaq bölgəmizin fiqurasını bildirməyəcək geyim tələb edirlər”, - "BirGün” qəzetinə danışan parlament işçisi deyib.
CHP-li millət vəkili Alpay Antmen iddialarla bağlı TBMM-in sədri Mustafa Şəntopa sorğu göndərib. Sorğuda geyimlə bağlı narahatlıqların səbəbi soruşulub: "İddialar doğrudursa, fəlakətdir. İqtisadiyyatdakı mənfi gedişat, vətəndaşların işsizlik, yoxsulluq və korrupsiya problemi. İqtidarın isə fərqli dərdləri var. Həqiqətən də belə bir tələb varmı? Varsa, bunun səbəbi nədir?”