02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədovdan yeni təyinatlar

04.12.2019

Nazirlər Kabinetində kadr dəyişiklikləri olub.
Xəbər verildiyi kimi, bu barədə müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Baş nazirin digər sərəncamına görə, Mehman Tağıyev NK Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, dünən Əli Əsədovun imzaladığı sərəncama əsasən, Ələsgər Ələsgərov Baş nazirin Katibliyinin rəisi təyin edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Nazirlər Kabinetində struktur dəyikliyi baş tutub.