08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

22 marşrutun istiqaməti dəyişdirildi

07.05.2018

22 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.
Bak Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar "Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib.
"Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və Böyük Şor qovşağına daxil olmadan yoluna davam edəcək. Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzil başına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir.
"DM"