02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ilk uçan maşını satışda - VİDEO+FOTO

04.12.2019

Vaxtilə fantastik görünən bir çox layihələr tədricən həyata keçir. İnsanın əsas arzularından biri olan uçan maşın artıq reallığa çevrilib: Artıq quruda və göydə məsafələr qət edən avtomobil satışa çıxır.
Bu barədə "Daily Mail” xəbər yayıb.
Dünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində debüt edəcək. Bu uçan aparat "Pioneer Personal Air Landing Vehicle” və ya "PAL-V” adını alıb. O, geri çəkilə bilən üst və arxa pərvanələrlə təchiz olunub və 12.500 fut (3.81 kilometr) hündürlükdə uça bilər.
Yanacaq kimi avtomobil benzinindən istifadə olunur. Bu texnologiya möcüzəsi havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir.
Hollandiya istehsalı maşın artıq istehsaldadır və 599 min ABŞ dollarına satılır. Şirkət artıq əvvəlcədən 70 sifariş aldığını bildirib. Avtomobilin ilk tədarükü 2021-ci il üçün gözlənilir.