Bunu ilk Azərbaycan etdi -   iki mürəkkəb əməliyyat 
    
                          
     
                         04.12.2019
 
    
                        Dünyada bir ilki Azərbaycan etdi.
Xəbər verildiyi kimi, Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahları ilə birgə, 5 yaşlı uşağın üzərində eyni seansda iki mürəkkəb əməliyyat baş tutub.
Belə ki, 13 noyabr tarixində hospitalda 5 yaşlı pasiyentin üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.
Dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla baş tutub.