03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qalın ağac” 9,5 milyon avroya satıldı - FOTO

04.12.2019

Fransalı post-impressionist rəssam Pol Qogenin "Qalın ağac” (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, bu barədə "Artcurial” hərrac evi özünün "Twitter” səhifəsində yazıb. 73x92 santimetr ölçüsündə olan rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən əldə olunub. Alıcının sözlərinə görə əsər Fransada qalacaq.
Məlumatda bildirilir ki, P.Qogen bu əsəri Taitidə olarkən çəkib. Bu rəsm onun Taitidə qaldığı müddətdə çəkdiyi doqquz sənət əsərindən biridir. Əsərlər 1898-ci ildə rəssama həsr olunmuş sərgi üçün Parisə göndərilib. "Te Bourao II” rəsmi bu dövrün yeganə əsəridir və xüsusi kolleksiyada saxlanılır. P.Qogenin digər rəsmləri isə dünyanın aparıcı muzeylərində, xüsusən də Ermitaj və Orse muzeyində nümayiş olunur.