03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava ilə əlaqədar sürücülərə xəbərdarlıq edildi

04.12.2019

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
İdarədən verilən məlumatda xatırladılıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir:
"Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.
Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.
Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.
Piyadalara, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik”.