03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dollara tələb artdı - Ekspertdən açıqlama

04.12.2019

2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3% azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır.
Xəbər verildiyi kimi, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib. İqtisadçı qeyd edib ki, bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursu 1.7020-dək yüksəlib:
"Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bir barrel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da, hələ də neft ölkələri üçün məqbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir”.
V.Bayramov bildirib ki, dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir:
"Növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzunmüddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.