03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin ABŞ Konqresinə hiddətini bildirib

04.12.2019

Çin ABŞ Konqresinin Nümayəndələr Palatasında Çinin Sincan Uyğur Muxtar Rayonu ilə bağlı aktın qəbul olunmasına hiddətini və sərt etirazını bildirib.
Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda sənədin Çinin insan hüquqları vəziyyətini, rəsmi Pekinin terrorizmi aradan qaldırmaq səylərini və ekstremizmə qarşı mübarizəsini ləkələdiyi vurğulanır.
Çin XİN Nümayəndələr Palatasının qəbul etdiyi sənədi Çinin Sincan Uyğur Muxtar Rayonu ilə bağlı dövlət siyasətinə qərəzli hücum kimi qiymətləndirərək, bu addımın təkcə beynəlxalq hüququn və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulması deyil, həm də Çinin daxili işlərinə müdaxilə cəhdi olduğunu bəyan edib.
Çin tərəfi həmin aktın qanun kimi qüvvəyə minməsini dayandırmağı tələb edib, lazım olarsa cavab addımları atılacağını bildirib.
Qeyd edək ki, dekabrın 3-də ABŞ Nümayəndələr Palatası "Uyğur müdaxiləsi və qlobal humanitar vəhdət cavabı aktı - 2019" adlı sənəd qəbul edib. Sentyabrın 11-də isə ABŞ Senatı 2019-cu il üzrə "Uyğur insan hüquqları siyasəti aktı" adlı sənədi təsdiqləmişdi.