26 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Atəş” əmri verən mayora 3343 il HƏBS - Türkiyədə

03.12.2019

Çevriliş cəhdi gecəsi "15 iyul şəhidlər körpüsü”ndə əsgərlərə "nişan al” və "atəş” əmrlərini verən mayor Əhməd Taştana 35 dəfə ağırlaşdırılmış ömürlük və 3343 il həbs cəzası verilib.
"Yeni Akit” xəbər verir ki, qərar İstanbulun 25-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib.
Əhməd Taştan "konstitusion nizamı aradan qaldırmağa cəhd” və "qəsdəm adam öldürmə” maddələri ilə 35 dəfə ağırlaşdırılmış ömürlük həbs və "cinayəti gizlətmək, sübutları aradan qaldırmaq və ya cinayət törədilməsini asanlaşdırmaq və ya yaxalanmamaq məqsədilə qəsdən adam öldürməyə təşəbbüs”, "şəxsi azadlıqdan məhrum etmə”, "qəsdəm yaralama” və "mülkiyyətə ziyan vurma” ittihamları ilə 3343 il həbs cəzasına məhkum edilib.