05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Qəhrəman Yusif Əliyevin xatirəsi anıldı

03.12.2019

Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, tədbirdə şəhidin atası Əliyusif Əliyev, oğlu İsmayıl Əliyev və ailə üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti (İH) başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Qaradağ Rayonu Çevik Polis Alayının əməkdaşı Fuad Bayramov, 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli, ziyalılar, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Bakı şəhəri 195 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Prezident İlham Əliyevin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Yusif Əliyevin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi barədə danışıb. Qeyd edib ki, bu gün dövlətin, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir.
B.Məmmədov 195 nömrəli tam orta məktəbin şagirdlərini Yusif Əliyev kimi qəhrəmanın  adını daşıyan məktəbdə təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. 
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Yusif Əliyevin Azərbaycanın ilk milli qəhrəmanları sırasına daxil olduğunu bildirib. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Yusif Əliyevin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıb.
Milli Qəhrəmanın atası Əliyusif Əliyev övladının xatirəsinin əbədiləşdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Qeyd edib ki, milli qəhrəmanlara, şəhidlərə göstərilən yüksək ehtiram onların qurban getdikləri müqəddəs amalların dövlət və cəmiyyət üçün əsas meyar olduğunu bir daha sübuta yetirir.
Sonra tədbirdə Milli Qəhrəman Yusif Əliyevin həyat yolundan bəhs edən film nümayiş olunub. Daha sonra şagirdlərin ifasında Milli Qəhrəmana həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.