05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Su-24 Ərdoğanın əmri ilə vurulub? - Kremldən CAVAB

03.12.2019

Ankaranın bu əmri başqalarının verdiyi ilə bağlı rəsmi cavabını əsas hesab edirik.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 24 noyabr 2015-ci ildə Rusiyanın Su-24 təyyarəsinin vurulması əmrini guya şəxsən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın verməsi barədə mediada yayılan məlumatlara münasibət bildirərkən deyib.
Qeyd edək ki, bir qədər əvvəl Stokholmda fəaliyyət göstərən Nordic Araşdırma Monitorinq Şəbəkəsi əllərində NATO-nun qapalı brifinqlərindən birinə aid gizli sənəd olduğunu bildirib. İddiaya görə, orada Türkiyə Baş Qərargahının hüquq məsləhətçisi Ərkan Ağın məruzəsində Ərdoğanın "Suriya sərhədindən Türkiyəyə yaxınlaşan və təhlükəsizliyə təhdid yaradan hər bir element hərbi təhlükə olaraq qiymətləndirilməlidir" sözləri yazılıb.
Peskov əlavə edib ki, bu kifayət qədər mənbəsiz məlumatın haradan götürüldüyü və nə dərəcədə etibarlı olduğu bəlli deyil.