08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran prezidenti ABŞ-ı hədələdi

06.05.2018

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkə hökuməti Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır.
"Dövran Media" yerli KİV-ə istinadən bildirir ki, H.Ruhani bunu Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı deyib.
Ruhani bildirib ki, növbəti həftə onların həyatına heç bir dəyişiklik gətirməyəcək, əksinə, ABŞ İranın 2015-ci ildə Qərblə imzaladığı sazişdən çıxacağı halda tarixi bir peşmanlıq yaşayacaq: "ABŞ sazişi tərk etsə, tarixi bir peşmançılıq keçirəcək. İstənilən qərara qarşı hazırlıqlıyıq. İran Atom Enerjisi Təşkilatına lazımı təlimatlar verilib”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 12-nə qədər Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin yekunu üzrə Amerikanın İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb-çıxmayacağına qərar verəcək.