05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin ABŞ-a sanksiyalar tətbiq etdi - Səbəb

02.12.2019

Çin ABŞ hərbi gəmi və təyyarələrinin Honkonqa daxil olması ilə bağlı Ağ Evin müraciətinə baxmaqdan imtina edib.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.
Məlumata görə, Pekin, həmçinin, bir neçə ABŞ qeyri-hökumət təşkilatına da sanksiya tətbiq edib. Siyahıda İnsan Hüquqlarına Nəzarət (Human Rights Watch), Milli Demokratiya İnstitutu (NDİ) və Azadlıq Evi (Freedom House) də yer alıb. Pekinin bu addımının Vaşinqtonun Honkonq qanununa cavab olduğu vurğulanıb.
Çin sanksiyaların ləğvinin ABŞ-ın addımlarından asılı olduğunu bildirib.
Qeyd edək ki, Vaşinqton bundan öncə Honkonqdakı situasiya ilə bağlı iki qanun imzalayıb.