29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslar Suriyada pilotsuzların hücumunu dəf edib - VİDEO

02.12.2019

Həm Suriya hökumət qüvvələrinin, həm də onları dəstəkləyən Rusiya silahlı qüvvələrinin Həmadakı və İdlibdəki hərbi bazaları gecə iki dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.
Lenta.ru-nun məlumatına görə, Hava Hücumundan Müdafiə sistemlərinin videosu "Al-Masdar News” tərəfindən yayımlanıb.
Nəşrin yazdığına görə, gecə lentə alınan videoda Rusiyanın Suriyaya təhvil verdiyi "Pantsir-C1” raket-top kompleksi (ZRPK) əks olunub. Bildirilir ki, onların köməyilə Suriya qoşunları Həma əyalətindəki aviabazaya zərbələrini dəf edib.
Bundan bir neçə saat sonra İdlib əyalətindəki bir aviabazaya da PUA-hücumu baş verib. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri təhlükəsiz məsafədən hədəfi endirməyə müvəffəq olub, nəticədə, heç kim zərər görməyib.