Milli Məclis qərar qəbul etdi -  parlament buraxılır 
    
                         .jpg) 
     
                         02.12.2019
 
    
                        					Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsinə baxılıb.
Xəbər verildiyi kimi, müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi üçün qərar layihəsi oxunub.
Qərar layihəsini Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.
Qərar layihəsi oxunduqdan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.