29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveçrə yığmasının Bakı planı açıqlandı

01.12.2019

İsveçrə milli komandası AVRO-2020-nin qrup mərhələsi zamanı Azərbaycanda məskunlaşacaq.
Bu, oyunları Roma və Bakıda keçiriləcək A qrupunda yer alan komandanın baş məşqçisi Vladimir Petkoviçin istəyidir.
Mütəxəssis ölkəmizdə düşərgə salmağın tərəfdarıdır: "Şübhəsiz ki, Bakıya uzaq səfər futbolçular üçün ağır yük olacaq. Buna görə də qrupun iki oyununu keçirəcəyimiz şəhərdə düşərgə qurmaq planından imtina etməyəcəyik”.
Artıq bu gün İsveçrə Futbol Federasiyasının nümayəndə heyəti Bakıya gələcək. Heyətdə yığmanın menecerləri və təhlükəsizlik xidmətinin əməkdaşları da yer alacaq. Onlar infrastrukturla tanış olacaq, komandanın harada qalmasını dəqiqləşdirəcək.
V.Petkoviç şəhər haqda eşitdiklərindən də məmnundur: "Biz də eşitmişik ki, Bakıda məşq meydançaları, bazalar, otellər, restoranlar yüksək səviyyədədir”.
Qeyd edək ki, Bakıda iki oyun keçirəcək İsveçrə yığması iyunun 13-də Uels, 21-də Türkiyə ilə qarşılaşacaq.