28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatlığa namizədlərin qeydiyyatı BAŞLADI

01.12.2019

Bu gün İranda 11-ci çağırış  deputatlığa namizədlərin qeydiyyata alınmasına başlanıb.
Deputatlığa namizədlər ölkənin Daxili İşlər Nazirliyində və ölkənin müxtəlif bölgələrində 208 qeydiyyat mərkəzində, ölkədən kənarda isə səfirlik və konsulluqlarda yaradılan  qeydiyyat mərkəzlərində qeydiyyata alına bilərlər.
Namizədlərin qeydiyyata alınması prosesinin 7 gün ərzində həyata keçirilməsi və bu prosesin dekabrın 7-də başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, İranda parlament seçkiləri 4 ildən bir keçirilir. 11-ci çağırış parlamentə seçkilər 2020-ci il fevralın 21-də baş tutacaq. 290 deputatın olduğu İran parlamentində deputatların sayının 10 nəfər artırılması haqqında məsələ müzakirə edilir.
İranın siyasi spektri faktiki olaraq, 3 düşərgədən - islahatçılar, mühafizəkarlar və  İran ruhanilərinin həm mühafizəkar, həm də islahatçılar qanadının mötədil tərəfdarlarından ibarətdir.
İranda seçkilərdə iştirak etmək hüququna malik 55 milyon nəfər var.