29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə yığması Bakıda 2 deyil, 3 oyun keçirə bilər

01.12.2019

AVRO-2020-nin qrup mərhələsinin püşkatmasında Türkiyə yığmasının Bakıda oynayacağı rəsmiləşib.
Qonşu ölkə təmsilçisi Bakı Olimpiya Stadionunda 2 deyil, 3 oyun da keçirə bilər.
A qrupunun Uels və İsveçrə ilə görüşlərini ölkəmizdə keçirəcək Şenol Günəşin yetirmələri daha bir dəfə azarkeşlərimiz önünə çıxa bilər. Bunun 1/4 final mərhələsində gerçəkləməsi mümkündür.
Belə ki, iyulun 4-də AVRO-2020-nin Bakıdakı sonuncu 4-cü qarşılaşması təşkil olunacaq. Həmin matçda 1/8 finalın Amsterdam və Budapeştdəki qarşılaşmalarının qalibləri üz-üzə gələcək.
Macarıstanda C qrupunun qalibi ilə D, E və ya F qruplarından birinin üçüncüsü oynayacaq. Niderlandın paytaxtında isə A və B qruplarının ikinciləri münasibətlərini aydınlaşdıracaqlar.
Türkiyənin oynadığı qrupun ikincisi 1/4 finalda Bakıda oynamaq üçün Amsterdamda qalib gəlməlidir. "Ay-ulduzlular”ın A qrupunda 2-ci yeri tutaraq həmin görüşdə iştirakı da mümkündür. Bir sözlə, Ş.Günəşin komandası ikinci yeri tutub, 1/8 final səddini keçsə, yenidən Bakı Olimpiya Stadionunda oynayacaq.