29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydərov və Əsədov Bibiheybətə getdi - FOTO

30.11.2019

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.
FHN-dən verilən məlumata görə, əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirak ilə operativ müşavirə keçirilib, sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib və məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.