05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava yağmursuz keçəcək

30.11.2019

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturu  gecə 8-10°, gündüz  12-15° isti, Bakıda gecə 8-10°, gündüz  13-15°  isti olacaq.
Atmosfer  təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.   
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.