05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Orxan Pamukun muzeyi yandı

30.11.2019

İstanbulun Bəyoğlu məhəlləsində yerləşən "Məsumiyyət muzeyi”ndə yanğın hadisəsi baş verib. Xilasetmə qrupları yanğını qısa müddətdə söndürüb.
Saat 23:30-da muzeyin zirzəmisində baş verən yanğının səbəbləri hələ də bilinmir.
Muzeydən tüstü çıxdığını görən vətəndaşlar hadisəni yanğınsöndürmə və polisə bildirib. Xilasetmə qrupları müdaxilə edərək, yanğının ətrafa yayılmasının qarşısını alıblar.
Yanğın nəticəsində muzeyin zirzəmisində ziyan dəyib. Araşdırmalar davam edir.
Qeyd edək ki, "Məsumiyyət muzeyi” "Nobel” mükafatçısı olan türk yazıçısı Orxan Pamukun eyni adlı romanı əsasında yaradılıb.